12px13px15px17px
Tarix:27/01/12

Azərbaycan şəhərlərinin rəqəmsal kadastr xəritəsi hazırlanacaq

Bakı, Sumqayıt, Gəncə və respublika tabeli digər şəhərlərdə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsi hazırlanacaq. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aparılan bu işlərə hələlik ilk olaraq Sumqayıtdan start verilib.

Belə ki, artıq Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi layihəsinin icrasına başlanılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, Azərbaycanda daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılmasına dair Texniki Tapşırığa əsasən, Sumqayıt şəhəri üzrə elektron kadastr məlumat bazasının yaradılması üçün açıq tender də elan edilib.

Tenderin qalibi Türkiyənin «Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş» şirkəti olub və onunla müqavilə imzalanıb. Layihəyə əsasən, Sumqayıtın daşınmaz əmlakın kadastr xəritəsində bütün növ daşınmaz əmlaklar əks etdiriləcək.

Layihə çərçivəsində şirkət tərəfindən kameral və çöl ölçümü işləri aparılacaq. Çöl ölçmə işlərində mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektlərinin, o cümlədən, tikintisi başa çatdırılmamış tikililərin, mühəndis kommunikasiya obyektlərinin coğrafi müəyyənləşmə vəziyyətləri müəyyən ediləcək.

Bununla yanaşı, Sumqayıtda bütün yerüstü daşınmaz əmlak obyektlərinin faktiki istifadə vəziyyətlərinin sərhədləri dəqiqləşdiriləcək. Kameral şəraitdə isə stereomateriallar üzərindən daşınmaz əmlak obyektlərinin koordinatları müəyyənləşəcək.

Komitədən qeyd edilib ki, layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, hüquqların qeydiyyatı prosesinin asanlaşdırılmasına, süni əngəllərin aradan qaldırılmasına və s. yardım edəcək.



Baxış sayı: 1192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024