12px13px15px17px
Tarix:28/01/12

2016-cı ilədək internet-iqtisadiyyatın həcmi 4,2 trilyon dollara çatacaq

Nüfuzlu “Boston Consulting Group “(BCG) analitik şirkətinin ekspertləri hesab edirlər ki, “Böyük İyirmilər”də veb-iqtisadiyyatın həcmi 2016-cı ilədək 4,2 trilyon dollara çatacaq. Ekspertlərin hesablamalarına əsasən, hal-hazırda bu göstərici təxminən 2,3 trilyon dollar təşkil edir. Həmçinin  internet istifadəçilərinin sayının 3 milyarda çatacağı bildirilib.

Məlumat üçün bildirək ki, 2010-cu ildə internet-iqtisadiyyatın həcmi 2,3 trilyon dollar təşkil edib. Bu göstərici, məsələn, İtaliya və ya Braziliya dövlətlərinin iqtisadiyyatından çoxdur. Bundan əlavə, “İBM” korporasiyasının məlumatına görə, 2015-ci ilədək internetə 1 trilyon hər cür qurğu qoşulacaq və yüksəksürətli internet firavanlıq göstəricisi olmayacaq.

2020-ci ilədək "internet-iqtisadiyyat" ifadəsi insanların həyatına o qədər daxil ola bilər ki, "iqtisadiyyat" sözünün sinoniminə çevrilə bilər,- “BCG” analitikləri belə hesab edirlər.
 
Statistik məlumatlara əsasən, internet istifadəçilərinin illik artımı təxminən 200 milyon insan təşkil edir,- “BBC” bildirib.
 




Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024