12px13px15px17px
Tarix:30/01/12

İsrail hakerləri İran veb-saytlarını “sındırıblar”

İsrailin özlərini "İDF Team" adlandıran haker qrupu İran Səhiyyə Nazirliyinin və "Press TV" telekanalının veb-saytlarını "sındırıblar". Saytların əsas səhifələrində İsrail dövlətinin bayrağının təsviri yerləşdirilib. "Press TV" telekanalının "sındırılmış" saytında qeyd edilib: "Buna nə deyəcəksən, Əhmədinejad?"

İsrail hakerlərinin "Assuta" və "Şiba" tibb mərkəzlərinin saytlarına edilmiş "DDoS" hücumlar üçün qisas aldıqları ehtimal olunur. Hücum üçün  məsuliyyəti Fələstin tərəfini dəstəkləyən "anonimlər" öz üzərinə götürüblər.
 
 
 
 
 
 
 
 




Baxış sayı: 798

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024