12px13px15px17px
Tarix:30/01/12

Standartların elektron satışını təmin etmək istiqamətində texniki işlər aparılır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) standartların elektron satışını təmin etmək istiqamətində texniki işlər aparılır. Bu barədə “İCT News” elektron xəbər xidmətinə komitənin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin fərmanına uyğun olaraq, bir sıra tədbirlər də həyata keçirilib.

Belə ki, komitənin internet səhifəsində fəaliyyət istiqamətlərini əks etdirən və daim yenilənən məlumatlar yerləşdirilməklə yanaşı, yeni  “Elektron xidmətlər”  bölməsi yaradılıb. Komitənin internet səhifəsində “Standartların satışı” yarımbölməsi yaradılıb və standartların qiyməti bazaya daxil edilib.

Elektron xidmətlə bağlı daxil olan müraciət və məktublara dərhal bildirişin göndərilməsini təmin edə bilən “e_xidmet@azstand.gov.az” elektron poçt ünvanı artıq istifadədədir.

Akkreditasiya və metrologiya üzrə elektron xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və sifariş nümunələri hazırlanıb və bunların əsasında komitənin elektron səhifəsində “Elektron xidmətlər” bölməsinin tərkibində müvafiq yarımbölmələr yaradılıb: ”Yaradılmış Azərbaycan Sorğu Mərkəzinin fəaliyyəti haqqında məlumat “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

Vətəndaşların komitəyə yazdıqları ərizə, şikayət və təkliflərin elektron formada qəbulu üçün elektron səhifədə “Məktub yazmaq” bölməsi açılıb. Artıq bu bölmə vasitəsilə vətəndaşların müraciətləri daxil olmaqdadır. Daxil olmuş müraciətlər “azs@azstand.gov.az”  ünvanına dərhal göndərilməklə qeydiyyata alınır”.




Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024