12px13px15px17px
Tarix:30/01/12

Mobil operatordan möhtəşəm 3D proyeksiya şousu

Hər zaman olduğu kimi dünyanın ən son texnologiyalarını Azərbaycana gətirən Azercell bu dəfə də yeniliyə imza ataraq bina üzərində 3D proyeksiyasını təqdim etdi. Dünyada da yeni texnologiya sayılan "3D mapping" binanın memarlıq üslubuna uyğun olaraq onun üzərinə salınan proyeksiyanın ssenari əsasında dəyişdirilərək görüntünün yaradılmasıdır.

Proyeksiya ölkəmiz və şirkətimiz üçün son dərəcə əhəmiyyətli olan Eurovision-2012 mahnı müsabiqəsinin rəsmi açılışına və bu layihə çərçivəsində təqdim ediləcək əsas məhsul - 3GMAX modeminə həsr olundu.

Məlum olduğu kimi, 25.01.2012 tarixində "Buta Palace" sarayında Eurovision-2012 mahnı müsabiqəsinin başlanğıc tədbiri keçirilmişdir. Tədbirdə Eurovision-2012-nin rəmzi açarı Bakı şəhərinə təhvil verilmiş, müsabiqənin loqosu və şüarı açıqlanmışdır.

 3D proyeksiya şousunun daha da maraqlı olması məqsədilə şou zamanı abonentlər üçün unikal interaktiv aksiya keçirildi. Şounu izləyən bütün Azercell abonentləri 100MB mobil internet trafiki hədiyyə qazandı.
Proyeksiya Füzuli meydanında yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının üzərində göstərildi.
 
 




Baxış sayı: 1094

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024