12px13px15px17px
Tarix:31/01/12

Dünyanı krevetin gözləri ilə göstərən kamera yaradılıb

Bristol Universitetindən (Böyük Britaniya) olan tədqiqatçılar qrupu xüsusi kamera yaradıblar. Belə ki, bu kamera əşyaları mərcan rifinin "sakin"lərinin  gördükləri kimi göstərir.

Bu aparat vasitəsi ilə layihənin rəhbəri Şelbi Templ və onun kolleqaları Avstraliyanın Kvinslend ştatının sahili yaxınlığında yerləşən Kərtənkələ adasının sualtı dünyasını öyrənməyə hazırlaşırlar.

Yuxarıdakı şəkildəki krevetin təsviri nümunələrdən biridir. İnsan dəniz heyvanlarından fərqli olaraq, işığın polyarlaşmasına qarşı həssas deyil. Xüsusi eynək və ya kamera olmadan şəkildəkini başa düşmək bizim üçün  çətindir.
 




Baxış sayı: 2081

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024