12px13px15px17px
Tarix:31/01/12

Afrika da planşet kompyuteri istehsal edəcək

Konqo Respublikasında yerli “VMK” firması tərəfindən hazırlanmış “Way-C” planşet kompyuterinin satışları başlanıb.

Qurğunun qiyməti təxminən 300 dollardır. Planşet hələ ki yalnız paytaxt Brazzavil və böyüklüyünə görə ikinci olan Puent-Nuare şəhərində satılır. Qurğu Çində istehsal edilir, çünki Konqo Respublikasında lazımi istehsal obyektləri yoxdur.

Planşetdə 1.2 QHz takt tezlikli prosessor tətbiq edilib; əməli yaddaş tutumu 512 MBayta bərabərdir. Daxili fləş modulun tutumu 4 QB (“MicroSD” kartları hesabına genişlənir) təşkil edir.

Sensor ekran 7 düym diaqonala malikdir; ekranın təsvir ölçüsü 800×480 nöqtə təşkil edir. Qurğu “Wi-Fi” simsiz əlaqə adapteri, akselerometr və 4200 mA/saat tutuma malik akkumulyator batareyası, “MicroUSB 2.0” portu ilə təchiz edilib.

Mini-kompyuterə “Android 2.3.3” (Gingerbread) əməliyyat sistemi quraşdırılıb. Planşetin ölçüləri 190×117×12,5 mm; çəkisi isə 380 qr təşkil edir.
 
“Way-C” qurğusu fevral ayının ortasında Afrikanın digər 10 dövlətində, həmçinin Belçika, Fransa və Hindistanda satışa çıxarılacaq.
 




Baxış sayı: 1181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024