12px13px15px17px
Tarix:02/02/12

Daha az zamanda pul göndərişlərini əldə etmək mümkün olacaq

Hazırda Azərbaycan poçtu "STEFİ" (Secured Transfer of Electronic Financial İnformation) sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Moldova ilə mübadilə həyata keçirir. "Azərpoçt" MMC-dən verilən məlumata görə, bu sistemin daha sürətli forması üzərində işlər aparılır, Ukrayna ilə qarşılıqlı test əməliyyatları həyata keçirilir.  Sistem üzrə  ödəniş iki-üç günə həyata keçirilir.

Burada digər sistemdən üstünlük alıcının ünvanına poçtalyon tərəfindən bildiriş-xəbərnamə göndərilməsidir. Pul mübadiləsinin bir neçə gün çəkməsinin bir səbəbi də pulun Azərbaycana daxil olması və burada milli pula çevrilməsi və alıcıya göndərilməsidir.

Bu müddəti aradan qaldırmaq üçün texniki işlər aparılır. "STEFİ" sistemi üzrə respublikamıza göndərilən pul göndərişini Azərbaycanın istənilən poçt şöbəsindən almaq olar.Yəni sistem üzrə Bakı şəhərinə göndərilən moneqramı  Lerik rayonunda almaq olar.

Yeni danışıqların nəticəsi olaraq gələcəkdə göndərilən pulu həmin formada almaq mümkün olacaq.Yəni dollar dollar kimi, rubl rubl kimi alınacaq.

Qeyd edək ki, ümumilikdə təqribən 30-a yaxın dövlətin poçt müdiriyyəti "STEFİ" sisteminə qoşulub. Gələcəkdə Azərbaycanın bu ölkələrlə də təcili pul köçürmələri həyata keçirməsinə imkan yaranacaq.

Dünya Poçt İttifaqının məlumatına görə, bu sistem vasitəsilə pul göndərişlərinin mübadiləsi 48 ölkə arasında həyata keçiriləcək.

Onu da bildirək ki, ölkəmiz poçtla Baltikyanı ölkələr, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Tacikistanla beynəlxalq poçt barat sistemi vasitəsilə mübadilə həyata keçirir ki, bu da təqribən iki ay çəkir. Hazırda sürətli sistemin tətbiq edilməsi ilə bu ölkələrdə də elektron pul mübadiləsi tətbiq ediləcək.
 




Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Avqust 2019

22 08 2019

22/08/19
Mühəndislər insan gözündən daha üstün olan elektron linzalar hazırlayıblar

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt 

22/08/19
Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digit

22/08/19
“Volocopter” şirkəti uçan taksi təqdim edib

Almaniyanın “Volocopter” startapı kommersiya istifadəsi nəzərdə tutulmuş üçün öz ilk hazırlamasını – &ld

22/08/19
Çində Ümumdünya Robotlar Konfransı keçirilir

Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.

22/08/19
“Samsung” şirkəti OLED ekranlı ilk televizorlar buraxacaq

“Samsung Electronics” şirkətinin “Samsung Display” törəmə müəssisəsi maye-kristal panellərin istehsalını

22/08/19
Süni intellekt “Gmail” xidmətində istifadəçilərin qrammatik səhvlərini düzəldəcək

“Google” şirkəti “Smart Reply” adlı süni intellekt texnologiyasını “Gmail” elektron məktublar xidmətinə

22/08/19
“OnePlus” televizorlarının təqdimat tarixi məlum olub

“OnePlus” şirkətinin baş direktoru Pit Lo “Business Insider” resursuna müsahibədə “ağıllı” televizorlar

22/08/19
“Apple” şirkəti “iPhone 12” üçün Çinin OLED displeylərini sınaqdan keçirməyə başlayıb

“Apple” korporasiyası “iPhone 12” üçün Çinin “BOE Technology Group” şirkətinin isteh