12px13px15px17px
Tarix:02/02/12

“Apple” şirkəti əməliyyat sisteminin təhlükəsizliyini və sabitliyini artırıb

“Apple” şirkəti “Mac OS X Lion” əməliyyat sistemi üçün üçüncü yeniləməni  çıxarıb. Şirkət “Mac OS X 10.7.3” versiyasını quraşdırmağı tövsiyə edir. Belə ki, bu versiya daha sabit və təhlükəsizdir. Yeniliklərdən biri katalan, xorvat, yunan, rumın, slovak, tay və Ukrayna dillərinin dəstəklənməsi olub,- “MacWorld” veb-nəşri yazıb.

Bundan əlavə, “OS X”-da daxil olmaq üçün smart-kartlardan istifadə zamanı yaranmış səhvlər, həmçinin kataloq xidmətlərinin autentifikasiyası ilə bağlı problemlər aradan qaldırılıb. “Mac OS X 10.7.3” versiyasına yeni “Safari 5.1.3” veb-səyyahı da daxil edilib.

“Apple” şirkəti “Mac OS X 10.7.3” əməliyyat sistemində xeyli sayda  ikinci dərəcəli nöqsanları aradan qaldırıb.
“Mac OS X 10.7.3” versiyasını “Apple” şirkətinin rəsmi saytından, həmçinin  “Software Update” proqramı vasitəsi ilə yükləmək olar.




Baxış sayı: 1150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024