12px13px15px17px
Tarix:02/02/12

Yeni «Office 15» gəlir

«Microsoft»un sənəd və məhsuldarlıq proqramlarından ibarət “Office”-nin son versiyası - «Office 15»-in texniki yoxlama mərhələsinə çatdığı haqqında xəbər yayılıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq proqramın bir qrup istifadəçiyə paylandığı da bildirilir.

Rəsmi «Office blogunda» yeni «Office»-nin indiyə qədərki ən iddialı «Office» olduğu və eləcə də «Office», «Office 365», «Exchange», «SharePoint», «Project», «Lync» və «Visio»ya aid xidmətlərin, serverlərin, mobil və PC sistemçilərinin ilk dəfə eyni anda gücləndiriləcəyi deyilir .

«Windows 8»-də önə çıxacaq, «Windows Phone» və «Xbox 360»-ın interfeysi «Metro»nun «Office 15»-də də iştirak etmə ehtimalı var (ən azı Moorea adlı vasitə ilə). Hazırda bir çoxları «Office 15» proqramını istifadə etsə də, test məqsədi üçün seçilmiş bu insanlardan həmin proqramın sızması məxfilik şərtləri altında mümkün görünmür.Məlumat üçün bildirək ki, «Office 15»-in hər kəsə açıq versiyasının bu ilin yaz aylarında nəşr olunması gözlənilir.




Baxış sayı: 1583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024