12px13px15px17px
Tarix:03/02/12

Yaponiyanın "Panasonic" şirkəti 10 milyard dollar dəyərində ziyana məruz qalıb

Yaponiyanın "Panasonic" korporasiyasının 2011 maliyyə ilinin (mart ayının 31-də bitəcək) nəticəsinə əsasən, illik ziyanı 780 milyard yena (10,2 milyard dollar) təşkil edəcək.

Bu barədə şirkətin nümayəndələri xəbər veriblər.
"Panasonic" şirkətində keçən ilin oktyabr ayında illik ziyanın 420 milyard yenaya bərabər olacağını proqnozlaşdırmışdılar. 2010 maliyyə ilinin nəticəsinə əsasən, korporasiya 74 milyard yena təmiz mənfəət haqqında hesabat vermişdi.

Yaponiya şirkəti mənfi maliyyə nəticələrini 2011-ci ilin mart ayında baş vermiş zəlzələnin nəticələri və Fukusimada yerləşən Atom Elektrik Stansiyasında (AES) qəza, həmçinin Taylandda baş vermiş daşqın ilə əlaqələndirir.

http://lenta.ru/news/2012/02/03/panasonic/






Baxış sayı: 1198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024