12px13px15px17px
Tarix:03/02/12

".com" domen zonasında qeydiyyatdan keçmiş adların sayı 100 milyonu ötüb

Yuxarı səviyyəli ".com" domen zonasında qeydiyyatdan keçmiş domen adlarının sayı 100 milyonu ötüb.  "Registrar Stats" statistik resursunda belə qeyd edilib.

".com" domen zonasında 100 milyon adın qeydiyyatdan keçməsini digər  statistik resurslar - "domaintools.com"  və "hosterstats.com" da təsdiq edirlər. Lakin ".com" zonasında qeydiyyatdan keçmiş domenlərin sayı bütün resurslarda müxtəlifdir.

Belə ki, "Registrar Stats" resursu iddia edir ki, hal-hazırda ".com" zonasında  100,052 milyon domen qeydiyyatdan keçib. "Domaintools.com" və "hosterstats.com" resurslarında isə müvafiq olaraq, 100,485 və 100,045 adın qeydiyyatdan keçdiyi bildirilib.

Məlumat üçün qeyd edək ki, ".com" ən köhnə domen zonalarından biridir. Bu zonada ilk "Symbolics.com" domeni 1985-ci il mart ayının 15-də Massaçusets ştatında "Symbolics" şirkəti tərəfindən qeydiyyatdan keçirilib. İlk əvvəl domeni ticarət təşkilatları üçün istifadə etmək planlaşdırılırdı, lakin  hal-hazırda heç bir məhdudiyyət yoxdur.

Domen zonasının mövcud olduğu ilk 2 il ərzində onda cəmi 100 domen adı qeydiyyatdan keçmişdi, 1995-ci ildə domen adlarının sayı 18 minə qədər artdı. 2002-ci ildən bəri isə ".com" zonasında domen adlarının sayı artmağa davam edir. "Registrar Stats" resursunun məlumatı buna sübutdur.



http://digit.ru/internet/20120203/389074995.html




Baxış sayı: 1698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024