12px13px15px17px
Tarix:03/02/12

Amerikalı 77 min dollar dəyərində saxta "Facebook" səhmləri satıb

ABŞ-da saxta "Facebook" səhmləri ilə bağlı bir neçə fırıldaqçılıq hadisəsi qeydə alınıb. Sosial şəbəkənin birjaya çıxması xəbərindən istifadə edən cinayətkarlar saxta qiymətli kağızları əsl adı ilə satmağa qərar veriblər.

"Röyters" xəbər agentliyinin məlumatına əsasən, Viskonsin ştatının 46 yaşlı sakini Merienn Oleson bu yolla 4 insanı aldataraq 77 min dollar dəyərində saxta səhmlər sata bilib.


Qadın qızının Mark Sukerberqlə tanış olduğunu və ondan 1 milyon dəyərində səhm satın aldığını iddia edib. Fırıldaqçı qadının ilk qurbanı onun  evində təmir işi aparan usta olub. Qadın usta ilə təxminən 14 min dollar dəyərində saxta səhmlərlə hesablaşıb və sonra onu daha 10 min dollar dəyərində "qiymətli kağızlar" almağa inandıra bilib.

Merienn Oleson sonra zəif görmə qabiliyyətinə malik 66 yaşlı kişidən 43 min dollar alıb. Fırıldaqçı qadın daha iki şəxsə 9,9 min dollar dəyərində səhm satmaqla aldada bilib. Hal-hazırda "zirək" qadın saxlanılıb və ifadə verir.


http://www.onliner.by/news/03.02.2012/12.35/



Baxış sayı: 1593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024