12px13px15px17px
Tarix:03/02/12

"Windows Phone 8" mobil əməliyyat sisteminin xüsusiyyətləri bəlli oldu

"PocketNow" saytı "Windows Phone 8" mobil əməliyyat sistemi (ƏS) haqqında ətraflı informasiya dərc edib. "PocketNow" saytının məlumatına əsasən, "Microsoft" korporasiyasının vitse-prezidenti Co Belfore təsdiqləyib ki, "Windows Phone 8" mobil ƏS-i həqiqətən "Windows 8" nüvəsinə əsaslanır.

Əməliyyat sistemində rəsmən çoxnüvəli prosessorların, dörd təsvir ölçüsünə malik displeyin (dəqiqliklə məhz hansının olduğu göstərilməyib) və "NFC" texnologiyasının dəstəklənməsi öz təsdiqini tapıb.

"Windows Phone 8" mobil ƏS ilə işləyəcək smartfonlarda nəhayət "microSD" slotu,  quraşdırılmış "Skype" proqramı və məlumatların sinxronlaşdırılması üçün "Apple iCloud"-a bənzər təkmilləşdirilmiş “bulud” servisi mövcud olacaq. Bundan əlavə, kompyuterlə sinxronlaşdırma prosesi sadələşdiriləcək.

"Windows Phone 8" platformasının təqdimatı cari ilin dördüncü rübündə gözlənilir.




Baxış sayı: 1463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024