12px13px15px17px
Tarix:06/02/12

"Google+" sosial şəbəkəsi istifadəçilərinin sayı 100 milyona çatıb

"Google+" sosial şəbəkəsinin istifadəyə verilməsi anından (2011-ci il iyul ayının 28-i) istifadəçilərin sayının hesablanması ilə məşğul olan müstəqil tədqiqatçı Pol Allenin məlumatına əsasən, artıq bu sosial şəbəkə istifadəçilərinin sayı 100 milyona çatıb.

"Google" şirkəti tərəfindən dərc edilmiş maliyyə nəticələri haqqında son rüblük hesabatda bildirilib ki, yanvar ayının 19-u tarixində istifadəçilərin sayı 90 milyon təşkil edib.

Lakin Pol Allen qeyd edir ki, 19 yanvardan etibarən gündəlik artım 750 min insan təşkil edib.

Beləliklə, artıq "Google+" sosial şəbəkəsinin istifadəçilərinin sayı 100 milyona çatıb. Pol Allen ilin sonuna kimi "Google+" sosial şəbəkəsində təxminən 400 milyon istifadəçinin qeydiyyatdan keçəcəyini hesab edir.



Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024