12px13px15px17px
Tarix:06/02/12

"Windows Phone" hazırlamalar bölməsinin rəhbəri "Amazon"a gedib

"Windows Phone" hazırlamalar bölməsinin rəhbəri və "Microsoft" korporasiyasında inkişaf üzrə direktor Brendon Uotson "Amazon" internet-şirkətinə keçməyə hazırlaşır.

Beləliklə, bundan əvvəl "Twitter" xidmətində yayılmış şayiələr təsdiqlənib. Uotson "Amazon Kindle" üçün əlavələr hazırlanması üçün məsuliyyət daşıyan komandada yer alacaq.

Artıq "Microsoft" korporasiyasında Brendon Uotsonun getməsi haqqında informasiyanı təsdiq ediblər. "Brendon çox böyük iş bacardı və biz ona yeni işində uğur arzu edirik" - rəsmi bəyanatda bildirilib.

Hələlik "Windows Phone" hazırlamalar bölməsinin keçmiş rəhbərinin yerini kimin tutacağı məlum deyil, -"AllThingsD" bildirib.

  EMİL



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024