12px13px15px17px
Tarix:07/02/12

Bakıda müasir rabitə şəbəkəsi qurulur

Bakının telekommunikasiya şəbəkəsi günü-gündən inkişaf etməkdədir. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin "2011-2013-cü illərdə Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq olunmasına dair imzaladığı Sərəncam"a uyğun olaraq hazırlanan tədbirlər planının icrası yüksək səviyyədə davam edir.

Tədbirlər planının rabitə və informasiya texnologiyaları bölümünə uyğun olaraq Bakıətrafı qəsəbələrində mövcud olan elektron ATS-lərin yeni nəsil şəbəkə avadanlığı əsasında yenidən rekonstruksiyası nəzərdə tutulub.

Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Bakının rayonları üzrə konkret obyektlər göstərilməklə tədbirlər planı təsdiq olunub. Bakıətrafı yaşayış məntəqələrində sakinlərə keyfiyyətli rabitə xidməti ilə yanaşı, yüksəkkeyfiyyətli internet xidmətləri göstərilməsi nəzərdə tutulur.
 
Yeni nəsil şəbəkə avadanlığı

  Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov "Rabitə dünyası" qəzetinə bildirib ki, vətəndaşlara müasir multimedia xidmətlərinin göstərilməsi üçün ən müasir NGN texnologiyası əsasında şəbəkə qurulur.

Qeyd edək ki, 2004-cü ilə qədər Bakı şəhər telefon şəbəkəsinin cəmi 32%-i elektronlaşmışdır. 2004-cü ildən indiyə qədər şəbəkədə ümumi tutumu 327760 nömrə olan elektromexaniki analoq stansiyası ən müasir NGN texnologiyası əsasında rekonstruksiya olunaraq əlavə 138000 nömrə yeni güc istismara verilib.

Tədbirlər planına uyğun olaraq 494/495, 493/498, 438/439 saylı ATS və K49 qovşağı ekvivalent tutumu 40 min nömrə rəqəmli elektron stansiyası NGN - yeni nəsil şəbəkə texnologiyası əsasında qurulub. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə telefon rabitəsindən başqa, video və mətn verilişi xidmətlərini də təqdim edir.

Bu yeni şəbəkənin qurulması abunəçilərə rahat rabitə ilə yanaşı, sürətli internet xidmətlərindən yararlanmağa imkan verəcək. Bundan başqa, istifadəçilər  internet üzərindən daha rahat və keyfiyyətli şəkildə televiziya kanallarını izləyə bilərlər. Həmçinin, NGN texnologiyası sayəsində adi telefonları virtual telefon nömrələri kimi, yenə internet üzərindən istifadə etmək olur.

Həmçinin, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şəbəkəsində tətbiq olunan yeni nəsil NGN texnologiyalarının imkanlarından istifadə etməklə, «İAD», «İP-TV», «İP Console», «Centrex», «VPN» və digər bu kimi genişzolaqlı multimedia xidmətlərinin göstərilməsi həyata keçirilir. Bu məqsədlə də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin transmissiya şəbəkəsi ümumi uzunluğu 2000 km-dən çox olan optik kabel üzərində qurulub. Şəbəkənin istənilən ATS-i istiqamətində isə rabitənin alternativliyi təmin olunub.

Bu sahədə mövcud konfiqurasiyanın daha da təkmilləşdirilməsi, bütün istiqamətlər üzrə alternativliyinin təmin edilməsi üçün işlər davam etdirilir. Ələt, Şüvəlan, Türkan istiqamətlərində, Pirşağı və Kürdəxanı istiqamətində artıq optik kabelin çəkilişi və istismara verilməsi başa çatdırılıb.

Artıq paytaxtda fəaliyyət göstərən telefon stansiyalarının təxminən 70 faizi məhz NGN texnologiyası əsasında yenidən qurulub. İPTV və İAD terminalları üçün servis xidmətlərinin verilməsi təmin edilib, ATS-411, ATS-412-də səs, internet, İPTV, İAD və videotelefon xidmətləri üçün "Huawei" şirkətinin istehsalı olan 928 portlu "UA5000 ADSL2+" avadanlığı istismara verilib, ATS-560/568/569/513, ATS-430/431 və ATS-432/434 stansiyalarında istismar olunan "Router" avadanlıqları üçün (NGN xidmətləri, internet, İP TV və s.) dairəvi transmissiyası təşkil olunub, Zabrat-Kürdəxanı arası PDH 140 MB avadanlığında 34 MB artım olunub, ONU "Xəzri" MTK-nın ATS-594 "Router" avadanlığına optik bağlantısı təmin edilib, Hövsan-Hövsan kəndarası rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün "FOM-16 E1" avadanlığı , ATS-454-Qala hərbi şəhərcikarası "FOM-16 E1" avadanlığı və Ramanı kənd-Ramanı sovxozarası "FOM-8 E1" optik multipleksorları quraşdırılıb.

Sahil-Sanqaçal-Qobustan-Ələt ATS-ləri istiqamətində İP transport şəbəkəsinin qurulması və müxtəlif səviyyəli xidmətlərin təşkili məqsədilə mütəmadi işlər aparılır. Belə ki, Sahil-Sanqaçal ATS-ləri istiqamətində Ethernet portlar üzərindən İP transport şəbəkəsinin qurulması artıq təmin edilib.

İnternet xətlərinin sayı ilə internetdən istifadə edənlər arasındakı fərq aradan qaldırılacaq
 
Baş direktor daha sonra bildirdi ki, paytaxtda müasir rabitə şəbəkəsinin yaradılması hələ problemin tam həll edilməsi demək deyil. "Məsələn,  hər hansı bir obyektə internet xətti çəkilib, lakin bu xətdən həmin müəssisədə olanların hamısı istifadə edir. Yəni internet xətlərinin sayı ilə internetdən istifadə edənlər arasında kəskin fərq var.

Təhlillərə görə, əhalinin 60 faizi internetdən istifadə edir. Hazırda  internet provayderlər də birliyin şəbəkəsi üzərindən xidmət göstərir. Bu gün özəl provayderlərlə yanaşı, "Bakinternet"in abunəçilərinin sayı günü-gündən artır.

Məsələn, 8 il öncə ADSL texnologiyaları ilə bu xətlərin sayı 288 idisə, hal-hazırda bu rəqəm 64000-dir. Bu müddətdə internet xidməti göstərən provayderlərin sayı da beş yüz faiz artıb. Hazırda "Bakinternet" internet provayder platforması qlobal internet şəbəkəsinə 10 Gbit/s həcmli kanalla qoşulub.

ONU ən yeni texnologiyaları təmin edir

Hal-hazırda Bakıda telefon abunəçilərinin sayı 778 min nəfərdir. Bakı Şəhər Telefon Şəbəkəsində son illər aparılmış rekonstruksiya işləri və ən yeni texnologiyaların tətbiqi nəticəsində paytaxtın ümumi istifadəli telefon şəbəkəsi Avropa standartlarına uyğun qurulub.

Burada ONU avadanlıqlarının tətbiqini xüsusi qeyd etmək lazımdır.  Belə ki, son mil probleminin həlli ilə əlaqədar yeni tikilmiş hündürmərtəbəli binalarda optik şəbəkə avadanlıqları qurularaq abunəçi xəttinin uzunluğu dəfələrlə azaldılıb, nəticədə istifadəçilərə keyfiyyətli (sürətli) multimedia xidmətləri göstərilməsi təmin edilib.

Müasir xidmətlərin təşkili

Hal-hazırda Bakı şəhər telefon şəbəkəsində istifadəçilərdən telefon xəttinin təmiri ilə bağlı sifarişlərin qəbulu və təmiri işləri avtomatik idarəetmə sistemləri və "122" çağırış mərkəzi vasitəsilə tam vahid bir mərkəzdən idarə olunur. "122 - Mərkəzi Təmir Bürosu Xidməti"ndə "insan-maşın" dialoq sistemində daxil olan sifarişlər və onların emalı, telefon xətlərinin təmirinə nəzarət və bununla əlaqədar bütün informasiya bazalarının formalaşdırılması (arxivləşdirilməsi) insan faktoru olmadan telefon rabitənin keyfiyyət göstəricilərinin şəffaflığına təminat verir.

Nəticədə əhaliyə göstərilən telefon rabitəsi xidmətinin keyfiyyətinin nəzərəçarpan dərəcədə artmasına şərait yaradır. Analoji olaraq "Bakinternet" sürətli internet istifadəçilərinə sürətli internetin qoşulmasının və xidmətin keyfiyyətini yüksəltmək üçün "155" qısaldılmış rəqəmli çağırış mərkəzi təşkil olunub.

Hazırda BTRİB üzrə bütün telefon rabitəsi və internet xidmətlərinin ödənişlərinin internet üzərindən, bankomatlar vasitəsilə və "paypoint" ödəniş sistemləri üzərindən aparılır. Bundan başqa, yeni telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi avtomatlaşdırılıb.

"Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq BTRİB artıq yeni telefon çəkilişi, nömrənin addan-ada dəyişdirilməsi, nömrədəyişmə, sürətli internetə qoşulma, servis xidmətlərinə qoşulma kimi elektron xidmətlərin göstərilməsinə hazırdır.
 




Baxış sayı: 3246

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2019

15 07 2019

15/07/19
“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

15/07/19
Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çat

15/07/19
“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində 

15/07/19
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 

15/07/19
“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək

“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər

15/07/19
“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

Çinin “Xiaomi” şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq

15/07/19
İlk kompüter parolunun ixtiraçısı vəfat edib

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib

15/07/19
“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komanda