12px13px15px17px
Tarix:07/02/12

3 əməliyyat sistemi quraşdırılmış planşet (VİDEO)

“Ekoore” şirkəti “İntel Atom” aparat platformasında hazırlanmış 10,1 düymlü sensor ekrana malik “Python S” planşet kompyuterinin satışlarına başlayıb. Planşetin əsas xüsusiyyətlərindən biri 3 əməliyyat sisteminin quraşdırılmasıdır: istifadəçilər “Android 3.2 Honeycomb”, “Ubuntu Linux 11.10” və “Windows 7” əməliyyat sistemləri arasında seçim edə bilərlər. Planşetin əsasını 1.66 QHz takt tezliyində işləyən “Atom N455” prosessoru təşkil edir.

Əməli yaddaş tutumu 1 və ya 2 QB; daxili fləş modulun tutumu isə 16, 32 və ya 64 QB (“MicroSD” kartları hesabına genişlənə bilər) təşkil edir. Tutumlu texnologiya üzrə hazırlanmış ekranın təsvir ölçüsü 1024×600 nöqtə təşkil edir.

“Python S” planşeti “Bluetooth” və “Wi-Fi” simsiz əlaqə adapterləri, mobil şəbəkələrə qoşulmaq üçün “3G” modulu, “GPS” naviqasiya sistemi qəbuledicisi, 1,3 meqapiksel matrisli kamera, akselerometr və 2 ədəd USB portla təchiz edilib. Avtonom iş müddəti 5 saata çatır. Qurğunun ölçüləri 274×170×14,5 mm, çəkisi 840 qr təşkil edir. Qiyməti 500 avrodur.








Baxış sayı: 1414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024