12px13px15px17px
Tarix:07/02/12

Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir

Regionlarda informasiya və kommunikasiya texnologiyalarının yüksək səviyyədə inkişafı bütün sahələr kimi, poçt şöbələrinin də müasir avadanlıqlarla təchiz edilməsinə şərait yaradıb. Belə ki, Şəki Telekommunikasiya Qovşağı tərəfindən bütün kənd və şəhər rabitə şəbəkəsinin optik kabellərlə təchiz edilməsi Şəki Regional Poçt Filialının bütün şöbələrinin “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq bank və maliyyə xidmətləri göstərməsinə şərait yaradıb.

Regional filialın rəisi İsmayıl İmanovun verdiyi məlumata görə, hazırda filialın bütün poçt şöbələri kompyuterləşdirilib və aktiv bank xidmətlərinə başlanılıb. İ.İmanov bildirib ki, bütün poçt şöbələri Mərkəzi Bank tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KOMİS) qoşulub.

Vətəndaşlardan nağd ödəniş qəbul edilərkən poçt şöbələri tərəfindən kompyuterlərdən çap olunan mədaxil qəbzləri verilir. Bundan başqa poçtda hüquqi və fiziki şəxslərə bank xidmətləri göstərmək üçün cari və sub hesabların açılması əməliyyatları aparılır.




Baxış sayı: 1262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020