12px13px15px17px
Tarix:07/02/12

Rəhbər dövlət qulluqçuları üçün əsas informasiya-kommunikasiya texnologiyaları

Qafqaz Universitetində "Rəhbər dövlət qulluqçuları üçün əsas informasiya-kommunikasiya texnologiyaları (İKT) bilikləri akademiyası" mövzusunda seminar davam edir.

Seminarın məqsədi "e-hökumət" və İKT-in dövlət qulluğu sistemində tətbiqinin təkmilləşdirilməsi sahəsində rəhbər vəzifə tutan dövlət qulluqçularının bilik və bacarıqlarının artırılmasından və onların təlimçi kimi təmsil etdikləri dövlət orqanlarında müvafiq sahədə təlim keçirmələrinə hazırlanmalarından ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi üzrə İKT Təlim Mərkəzi (APCİCT) və Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq qurumların nümayəndələri, təhsil işçiləri iştirak edirlər.Seminar çərçivəsində müvafiq modullar üzrə təlimlər də təşkil olunmuşdur.




Baxış sayı: 1180

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024