12px13px15px17px
Tarix:07/02/12

Azərbaycanlıların nano kəşfi

Azərbaycan vətəndaşlarının kəşfi Türkiyədə böyük  marağa səbəb olub. "İCTnews" elektron xəbər xidməti adıçəkilən qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, Səncər Bulud adlı iş adamı həmyerlilərimizin təklifi ilə nano gümüşlü dezinfeksiya məhlulu istehsalına sərmayə qoyaraq böyük uğurlar qazanıb.

Altı illik araşdırma üçün 10,5 milyon dollar xərcləyən Bulud nəhayət, bazara “Hijyo Wab” adı məhsul çıxarıb. Artıq ticarət mərkəzləri və xəstəxanalardan “Hijyo Wab” üçün sifarişlər gəlməyə başlayıb. Məlumata görə, ilk müştərilər sırasında Cərrahpaşa Tibb Mərkəzi, İzmir və İstanbul xəstəxanaları var.

Türkiyə mətbuatı xəbər verir ki, hazırda qurduğu “WİSİON Medical” şirkətinin baş direktoru olan Bulud təmizliklə bağlı məhsullarının müştəriləri sırasında bir sıra sabun firmalarının olduğunu da bildirib. Həmin firmalar “Hijyo Wab”-ı istehsal etdikləri sabunun içərisinə qatmaq istəyir. Məqsəd antibakterial sabun istehsal etməkdir.

Sencer Bulut Azərbaycan, Rusiya, Belarus və Ukraynadakı xəstəxanalarla danışıqlar apardıqlarını söyləyib. O, Serbiya, Qazaxıstan, Kanada, ABŞ və Avstraliyada da araşdırmalar apardıqlarını, böyük şirkətlərlə ortaqlıq barədə razılaşma əldə etməyə yaxın olduqlarını qeyd edib.




Baxış sayı: 1618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024