12px13px15px17px
Tarix:07/02/12

Məşhur şirkətlər Hindistan hökumətinə güzəştə getdi

“Google” və “Facebook” internet-şirkətləri Hindistanda saytlarının lokal versiyalarından məzmunun bir hissəsini siliblər. Bu barədə  “Röyters” xəbər agentliyi məlumat verib.

Hindistan məhkəməsi “Google”, “Facebook” və daha 19 populyar  internet-şirkətə induizm, xristianlıq, islam və ya digər dini istiqamətlərin davamçıları üçün təhqiredici ola bilən məzmunun blok edilməsi üçün mexanizm hazırlamaq haqqında əmr çıxarıb. Məhkəmənin qərarına səbəb bu şirkətlərin veb-saytlarında istifadəçilərin siyasi baxışlarını və dini hisslərini təhqir edən şəkillərin mövcud olması haqqında ərizə verilməsi olub.

Məhkəmə əmrin yerinə yetirilməyəcəyi təqdirdə internet-şirkətləri xidmətlərini Hindistan istifadəçiləri üçün blok edəcəyi ilə hədələyib. Hindistanda keçən il qəbul edilmiş qanuna görə, internet-şirkətlər istifadəçilər tərəfindən yerləşdirilən materiallar üçün məsuliyyət daşıyır və  Hindistan hakimiyyətinin sorğusu üzrə onlara qeyri-qanuni məzmunu silmək üçün 36 saat vaxt verilir.

Məzmun üçün məsuliyyət haqqında qəbul edilmiş qanuna baxmayaraq, Hindistanda internetə çıxış imkanı qonşu Çin dövləti ilə müqayisədə senzuraya daha az məruz qalır. Məlumat üçün qeyd edim ki, Çində  “Facebook”, “Twitter”, “YouTube”, “Flickr”, “Live.com”, ”WordPress”, “Blogger” kimi populyar Amerika resursları blok edilib.
 


ria.ru



Baxış sayı: 1427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024