12px13px15px17px
Tarix:08/02/12

Mobil əlavələr bazarı sayəsində ABŞ-da 466 min iş yeri yaranıb

Son 4 il ərzində mobil əlavələr sənayesi sayəsində ABŞ-da təxminən 466 min yeni iş yeri yaranıb. "TechNet" tədqiqatının nəticələri buna sübutdur.  "AppleInsider" nəşrinin məlumatına görə, analitiklər "Android", "BlackBerry", "iOS", "Facebook" və "Windows Mobile/Phone" platformaları üçün proqramları hesaba alıblar.

Ekspertlər dəqiqləşdiriblər ki, yaradılmış iş yerlərinin təxminən üçdə biri IT mütəxəssislər üçündür. Vakansiyaların əksəriyyəti  kadr məsələləri, marketinq və s. ilə məşğul olan işçilər arasında bölünüb. İntensiv  məşğulluq artımı isə Silisium vadisində qeyd edilib.

"TechNet"-dən keçən il mobil əlavələr sənayesi dövriyyəsinin təxminən 20 milyard dollar təşkil etdiyi bildirilib.
 
 
http://www.onliner.by/news/08.02.2012/10.35/





Baxış sayı: 1661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024