12px13px15px17px
Tarix:09/02/12

Məktəblərdə “Wİ-Fİ” şəbəkəsi yaradılacaq

“Wİ-Fİ”  şəbəkəsi gələcəkdə bütün məktəbləri əhatə edəcək. Təhsil Nazirliyinin informasiyalaşdırma idarəsindən verilən məlumata görə, bu barədə yerli İT şirkətlərindən müraciətlər daxil olub.

Bu müraciətlərdə əsasən məktəblərdə mini-şəbəkənin yaradılması məsələsi önə çəkilir. Buna qədər Təhsil Nazirliyi modern şəkildə yenidən qurularaq istifadəyə verilən bir çox paytaxt məktəblərində və gimnaziyalarda internetə simsiz çıxış imkanlığını təmin edib.

Xatırladaq ki, buna qədər ölkənin aparıcı ali təhsil ocaqlarında bu şəbəkə yaradılıb.
Qeyd edək ki, paytaxtın 132, 134, “Elitar” gimnaziyada  və s. məktəblərində qurulan  “Wİ-Fİ” şəbəkəsi bütün standartlara cavab verərək internetə çıxışı təmin edir.




Baxış sayı: 1224

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024