12px13px15px17px
Tarix:09/02/12

İnternetdə yeni axtarış sistemi peyda olub (VİDEO)

"Volunia" adlı yeni axtarış sisteminin sınağına başlanılır.
"Volunia" - Paduan Universitetinin (İtaliya) professoru Massimo Marçiorinin (Massimo Marchiori) "uşağı”dır. İtaliya alimini Tim Berners-Li ilə bərabər  internetin yaradıcılarından biri adlandırırlar.

O, Ümumdünya hörümçək toru (World Wide Web Consortium, W3C) konsorsiumunun üzvü, "P3P" internet protokolunun yaradıcılarından  biri, "XQuery" və "OWL" veb- standartlarının həmmüəllifidir. Marçiori "HyperSearch" axtarış mühərrikini hazırlayıb; bu məhsulun əsasını təşkil edən bəzi ideyalar sonralar "Google" şirkəti tərəfindən "PageRank" sistemi üçün istifadə edilib.

Cənab Marçiorinin sözlərinə görə, "Volunia" tamamilə yeni xidmətdir. "Volunia" axtarış elementlərini sosial şəbəkə funksionallığı ilə əlaqələndirir. Xidmət, məsələn, eyni mövzu ilə bağlı informasiyanı axtaran digər  istifadəçi ilə əlaqədə olmağa imkan verəcək.
Xidmət ilk əvvəl qapalı beta-test rejimində işləyəcək. "Volunia" xidmətinin  interfeysi 12 dildə təqdim edilib.







net.compulenta.ru/659536/





Baxış sayı: 1952

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024