12px13px15px17px
Tarix:10/02/12

Şok etiraf: «ALDADIRIQ»

Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan «Facebook» istifadəçiləri hər gün hansısa bir açıqlaması və ya addımları ilə təəccübləndirməkdə davam edir. Bu günlərdə isə məlum olub ki, bu şəbəkədə silinən şəkillər də saxlanılır. İstifadəçilərin üç-dörd il əvvəl profillərindən sildikləri fotoşəkillər, hələ də "Facebook"un yaddaşında qalmaqdadır.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, «Ars Technica» saytı bu mövzunu gündəmə gətirərək yazır ki, «Facebook» cümə günü "istifadəçilərin profillərindən sildikləri fotoşəkillərin bir çoxunun hələ də yaddaşda qaldığını bildirib.

Dünyanın ən böyük sosial şəbəkəsi, "fotoşəkillər saytdan həmin an silinsə də, istifadə edilən köhnə sistemin zəifliyi səbəbilə "Facebook"dan üç il müddətə silinir "- deyə etiraf edib. Şirkət bu prosesin daha da tezləşdirilməsi üçün çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, istifadəçilər illər əvvəl səhifələrindən sildikləri fotoşəkilləri, onların linklərini itirmədikləri müddətcə yenidən əldə edə bilərlər.

Amma bütün gətirilən dəlillər, yəni konkret olaraq istifadə edilən sistemin köhnə olması və onun zəif işləməsi əslində bir bəhanədir və gözdən pərdə asmağa hesablanıb. Hər kəsə açıq şəkildə aydındır ki, «Facebook» silinmiş şəkilləri və videoları, hətta insanın əvvəllər özü haqqında yazdığı məlumatları belə, sistemdən tamamilə silmir. Bu məlumatları öz məqsədləri üçün istifadə edir. Yəni bir növ onları casus informasiyaları kimi saxlayır.



SEYMUR



Baxış sayı: 1602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024