12px13px15px17px
Tarix:10/02/12

Bakının “Rabitə” voleybol komandası Çempionlar Liqası yarışlarının dörddəbir final mərhələsinə yüksəlib

Bakının qadınlardan ibarət "Rabitə" voleybol komandası Çempionlar Liqası yarışlarının səkkizdəbir final mərhələsində cavab oyununu keçirilib.

Voleybolçularımız "Sərhədçi" Olimpiya İdman Mərkəzində Polşanın "Atom" komandasını qəbul edib.
Komandalar arasında Polşada keçirilən ilk oyun "Atom"un xeyrinə başa çatıb. Buna baxmayaraq, inamlı oyun nümayiş etdirən voleybolçularımız Bakıda rəqiblərini 3:1 (21:25, 25:14, 25:20, 25:20) hesabı ilə məğlub ediblər.

Komandalar arasında bərabərlik olduğundan növbəti mərhələyə yüksələn kollektiv "qızıl set"də müəyyənləşib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun "Rabitə"nin 15:6 hesablı üstünlüyü ilə başa çatmış və komandamız Çempionlar Liqası yarışlarının dörddəbir final mərhələsinə yüksəlib.

"Rabitə" turnirin qrup mərhələsində Türkiyənin "Fənərbaxça", Almaniyanın "Drezdner" və Fransanın "Mulhouse" komandaları ilə birgə mübarizə aparıb. Komandamız səkkizdəbir finala qrup ikincisi kimi vəsiqə qazanıb.
               




Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024