12px13px15px17px
Tarix:10/02/12

İşgüzarların sosial şəbəkəsində istifadəçilərin sayı 150 milyonu ötüb

İşgüzar ünsiyyət üçün nəzərdə tutulmuş "Linkedln" sosial şəbəkəsi  istifadəçilərinin sayı 150 milyonu ötüb, şirkət rüblük maliyyə hesabatının elan edilməsi gedişində bildirib.

2011-ci ilin noyabr ayından etibarən sosial şəbəkənin auditoriyası 20 milyon artıb. Kəskin rəqabətə baxmayaraq, "Linkedln" sosial internet-resurslar bazarında öz yerini tapa bilib.

Dördüncü rübün nəticəsinə görə, sosial şəbəkənin təmiz mənfəəti 30% artaraq 6.9 milyon dollar, mədaxili isə 100%-dən çox artaraq 167.7 milyon dollar təşkil edib.
Ötən rüb ərzində "Linkedln" proqram təminatı hazırlanması üzrə departamentin yenidən təşkil edilməsi prosesini bitirib.

Bundan əlavə, sosial şəbəkə ABŞ-dan kənarda Yaponiya, Hindistan və Braziliyada 3 yeni ofis açıb. Həmçinin interfeysi 5 dilə keçirmək imkanı əlavə edib.



ria.ru/technology/20120210/561778102.html




Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024