12px13px15px17px
Tarix:11/02/12

Hakerlər ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin saytını blok ediblər

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) saytına cümə günü axşamdan şənbə gününə kimi daxil olmaq mümkün olmayıb, idarənin veb-resursuna hücum üçün məsuliyyəti öz üzərinə "Anonymous" haker qruplaşması götürüb. "Frans-Press" agentliyinin xəbərinə görə,

"MKİ"nümayəndələri hələ bu hadisə ilə bağlı heç bir şərh verməyiblər.
Bu, "Anonymous" haker qruplaşmasının Amerikanın dövlət idarələrinin  saytlarına ilk hücumu deyil: onlar keçən ay ABŞ-ın Ədliyyə Nazirliyinin və Federal Təhqiqatlar Bürosunun (FTB) veb-resurslarını blok etmişdilər.

Hakerlər bu hücumlar ilə "Megaupload" fayl mübadiləsi saytının bağlanılmasına öz etirazlarını bildiriblər.

"Anonymous" haker qruplaşmasının üzvləri 2010-cu ilin sonunda ifşaedici "WikiLeaks" resursunun iş fəaliyyətinə mane olmuş şirkət və təşkilatların saytlarına hücumlar təşkil etməklə çox populyarlaşdılar. Hücum edilmiş resurslar arasında "PayPal", "Visa" , "MasterSard" və s. resurslar olub.
 




Baxış sayı: 1561

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024