12px13px15px17px
Tarix:11/02/12

ABŞ hakimiyyəti "Google" və "Motorola" şirkətləri arasındakı sazişi təsdiqləmək niyyətindədir

ABŞ Ədliyyə Nazirliyi keçən ilin avqust ayında elan edilmiş "Google"  internet şirkətinin "Motorola Mobility" mobil elektronika istehsalçısını satın alması üzrə sazişi təsdiqləmək niyyətindədir.
"Röyters" agentliyinin məlumatına görə, 12,5 milyard dollar dəyərində  saziş artıq gələn həftə ABŞ hakimiyyəti tərəfindən təsdiqlənə bilər.

"Motorola" şirkəti ən böyük "Android" istehsalçılarından biridir. Bundan əlavə, şirkət iri patent portfoliosuna malikdir. Bu isə "Google" şirkətinə rəqiblərinin iddialarına qarşı uğurla müqavimət göstərməyə imkan verəcək.

12,5 milyard dollar dəyərində saziş artıq hər iki şirkətin səhmdarları tərəfindən təsdiqlənmişdir və hazırda ABŞ, Avropa Birliyi, Kanada, Çin, İsrail və Tayvan tənzimçiləri tərəfindən təsdiq gözləyir. Türkiyə və Rusiyanın antiinhisar orqanları artıq bu satınalmanı təsdiqləyiblər.



 
Emil




Baxış sayı: 1406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024