12px13px15px17px
Tarix:13/02/12

Sərt disklərin rüblük tədarükü 25 faiz azalıb

“iSuppli” şirkəti 2011-ci ilin dördüncü rübü üzrə sərt disk bazarı haqqında məlumat dərc edib.
Şirkətin hesablamalarına görə, oktyabrdan dekabr ayına kimi təxminən 124 milyon sərt disk tədarük edilib.

Məlumat üçün qeyd edim ki, 2010-cu ilin analoji dövründə bu göstərici 168 milyon təşkil edib. Sərt disk bazarında qeydə alınmış 26% azalma Taylandda son 50 il ərzində baş vermiş güclü daşqınla bağlıdır.

“Western Digital” şirkətinin istehsalı olan sərt disklərin rüblük tədarükü   praktik olaraq 2 dəfə (52,2 milyondan 28,5 milyona qədər) azalıb. “Seagate” şirkəti təxminən 47 milyon daşıyıcı satıb. Bu göstərici illik hesablama üzrə 4% azdır.

“iSuppli” analitiklərinin proqnozlarına görə, cari rübdə təxminən 140 milyon sərt disk satılacaq. Hesablamalara görə, 2012-ci ilin ikinci rübündə sərt disk tədarükləri 160 milyon təşkil edəcək.

EMİL




Baxış sayı: 1074

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024