12px13px15px17px
Tarix:13/02/12

Elektron poçtun populyarlığı getdikcə azalır

“ComScore” şirkəti tərəfindən keçirilmiş irimiqyaslı tədqiqat nəticəsində məlum olub ki, elektron poçtdan istifadə edənlərin sayı getdikcə azalır. 2011-ci ilin dekabr ayında elektron poçt vasitəsi ilə əlaqə saxlayanların sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə üçdə bir qədər azalıb.

Bu göstərici 18-24 yaş kateqoriyasına aiddir. 35-44 yaş kateqoriyasında elektron poçtun populyarlığı 1%, 55-64 yaş kateqoriyasında isə 7% azalıb.

Mütəxəssislər elektron poçt sahəsindəki bu vəziyyəti mobil qurğuların geniş yayılması ilə əlaqələndirirlər. “Gmail” kimi bir sıra poçt veb-xidmətləri  saytların mobil versiyalarını təklif etmələrinə baxmayaraq, onlara tələbat aşağıdır. Belə ki, istifadəçilər standart əlavələrdən istifadə etməyə üstünlük verirlər.

Analitiklər qeyd edirlər ki, bu tendensiya gələcəkdə də davam edəcək, belə ki, proqnozlara görə, stolüstü kompyuter bazarı əvvəlki vəziyyətini mobil elektronika bazarı fonunda bərpa edə bilməyəcək. “İDC” analitik şirkətinin bu yaxında dərc edilmiş hesabatına əsasən, planşetlər ABŞ-da satış həcminə görə fərdi kompyuterləri ötüb.



EMİL



Baxış sayı: 1602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024