12px13px15px17px
Tarix:13/02/12

“Apple” şirkəti patent müharibəsindən bezmədi?

“Apple” şirkəti “Samsung Galaxy Nexus” smartfonunun ABŞ-da satışına qadağa qoyulması üçün Amerika məhkəməsinə ərizə ilə müraciət edib. “Apple” şirkəti rəqiblərin onun 4 patentinə olan hüquqlarını pozduqlarını  bildirib. Bu barədə “Foss Patents” bloqunda qeyd edilib.

“Samsung Galaxy Nexus” smartfonu oktyabr ayının ortasında təqdim edilmiş “Google Android 4.0 Ice Cream Sandwich” əməliyyat sisteminin yeni versiyası ilə işləyən ilk qurğudur. Aparatı “Google” şirkətinin sifarişi ilə “Samsung” şirkəti hazırlayıb.

“Apple” şirkətinin qeyd etdiyi 4 patent proqram texnologiyalarına aiddir. Beləliklə, “Android 4.0” mobil əməliyyat sistemini öz qurğularına quraşdıracaq istehsalçılar, həmçinin belə problemlə üzləşə bilərlər.
Məlumat üçün qeyd edim ki, “Apple” və ”Samsung” şirkətləri arasında patent qarşıdurması 2011-ci ilin yazından davam edir. Şirkətlər bütövlükdə bir-birlərinə qarşı müxtəlif ölkə məhkəmələrinə 30-dan çox iddia veriblər.



EMİL




Baxış sayı: 1103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024