12px13px15px17px
Tarix:13/02/12

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın saytı hazırlanıb

Heydər Əliyev adına Fondun Mətbuat xidməti və "Ultra" şirkətinin texniki dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin həyat yoldaşı və birinci xanım Mehriban Əliyevanın saytı işlənib hazırlanıb. Sayta "www.first-lady.az" ünvanları vasitəsilə daxil olmaq olar.

Mehriban xanım – Azərbaycanın ictimai və siyası xadimi, Milli Məclisin deputatı, Heydər Əliyev adına Fondun və Bədii Gimnastika Federasiyasının prezidentidir. Bundan əlavə birinci xanım BMT, UNESKO, İKT və İSESKO-nun xoşməramlı səfiridir.

 Şübhəsiz, Azərbaycan Respublikasının birinci xanımının saytı nəinki KİV nümayəndələri tərəfindən, hətta bütün dünya üzrə adi internet istifadəçiləri arasında böyük rezonansa və marağa səbəb olacaq. Resurs «Birinci xanım», «Fəaliyyət», «Qalereya» və «Uşaq səhifəsi» bölmələrindən ibarətdir.

Ziyarətçilər «Birinci xanım» bölməsində birinci xanımın tərcümeyi-halı ilə tanış ola bilərlər. «Fəaliyyət» bölməsinin tərkibinə görüşlər və tədbirlər barədə xəbərlər, press-relizlər, Mehriban xanımın geniş fəaliyyəti barədə müsahibələr daxildir. «Qalereya» bölməsi Birinci xanımın iştirak etdiyi görüş və tədbirlərin şəkil və videomateriallarını təklif edir.

Eyni zamanda uşaqlar Azərbaycan barədə geniş məlumat əldə etmək, ölkənin yerləşdiyi ərazi ilə tanış olmaq, onun mədəniyyət və memarlığını, Azərbaycanın tarixini bilmək və ölkənin dövlət atributları barədə məlumatları oxumaq üçün «Uşaq səhifəsi» bölməsi də az maraq doğurmur.

Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi tarixinə xüsusi diqqət yetirilir. Yetişən nəsil üçün nəzərdə tutulmuş bölmədə "Uşaqlar – sevinc, xoşbəxtlik və gələcək nəsildir" sözlərini daim söyləmiş Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin tərcümeyi-halı da mövcuddur.

Həmçinin, uşaqlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və onun həyat yoldaşı birinci xanım Mehriban Əliyevanın tərcümeyi-halları ilə də tanış ola bilərlər. Xüsusi olaraq «Uşaq səhifəsi» bölməsinə müxtəlif yaşda uşaqlar üçün maarifləndirici oyunlar bölməsi də əlavə edilib.

Resurs vasitəsi ilə istənilən ziyarətçi birbaşa Mehriban Əliyevaya yönəldilmiş ismarış və ya xahiş göndərə bilər. Bu ismarış və ya xahişə birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev adına Fondun və nazirlik rəhbərlərinin nümayəndələrindən ibarət olan xüsusi qrup tərəfindən baxılacaq.

Texniki cəhətə gəlincə, sayt müvafiq etibarlılıq və təhlükəsizlik tələblərinə cavab verir və sayt tərkibi CMS tərkib idarəetmə sistemi sıfırdan işlənib hazırlanıb. Saytın təhlükəsizliyi və özünü qoruya bilməsi üzrə xarici şirkətin auditoru tərəfindən audit aparılıb. Portal, həmçinin, gün ərzində fasiləsiz texniki dəstəklə təmin olunub.

Bundan başqa resursun işlənib hazırlanması zamanı saytın digər sosial şəbəkə və xidmətlərlə qarşılıqlı əlaqəsini təmin edən sistemlərin layihələşdirmə metodikası tətbiq edilib ki, bu da şübhəsiz, saytın daha populyar olmasına gətirib çıxaracaq və onun istifadəçi sayının artmasını təmin edəcək.




Baxış sayı: 4387

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024