12px13px15px17px
Tarix:14/02/12

Kənddə yaşayan pensiyaçıların 99 faizi pensiyasını plastik kartlarla alır

2011-ci ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi üçün aparılan tədbirlər genişləndirilib. 2012-ci ilin 1 yanvar tarixinə, pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin plastik kartlarla ödənilməsi təmin olunub. Ümumilikdə pensiyaçıların 99,4 faizi pensiyasını plastik kartlarla alırlar.

Bu məqsədlə ümumilikdə 512, o cümlədən kənd və qəsəbələrdə 123 bankomatın istifadəsi təmin edilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Fonddan qeyd edilib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, 2011-ci ilin sonuna 1278,3 min nəfər təşkil edib: ”Gəlirlərin icrası, maliyyə dayanıqlıgının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət edib. 

Respublika prezidentinin müvafiq sərəncamına əsasən, 2011-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub”.

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya təminatındakı fərqlərin aradan qaldırılması məqsədilə “Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliyin tətbiqi nəticəsində 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanıb: ”900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb.

Eyni zamanda, 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilib. Nəticədə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil edib”.
 
HƏQİQƏT




Baxış sayı: 1000

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024