12px13px15px17px
Tarix:02/07/11

“İnternet Explorer” nüfuzunu itirir

“Google Chrome” səyyahının bazardakı payı 20%-i keçib. “Microsoft İnternet Explorer” səyyahının bazardakı payı isə 50%-dən aşağı düşüb. Bu barədə “StatCounter” monitorinq şirkətindən bildiriblər. Bu şirkətin analitikləri bildiriblər ki, son il ərzində “Chrome” səyyahının payı 7 dəfə artıb və iyun ayının nəticəsinə görə onun dünya bazarındakı payı 20.7% təşkil edib. Analoji dövr üçün “Microsoft İnternet Explorer” səyyahının payı 59%-dən 44%-ə qədər düşüb, “Mozilla Firefox” səyyahının mövqeyi əhəmiyyətli dərəcədə dəyişməyib və 1 il ərzində 30%-dən 28%-ə qədər azalma qeydə alınıb.
Ekspertlər “Google Chrome” göstəricilərinin əhəmiyyətli artımını “Chrome” istiqamətli məhsulların (ilk növbədə Android mobil əməliyyat sistemi, həmçinin tamamilə səyyah vasitəsilə işləyən "bulud noutbuklar" – ChromeBooklar) aktiv irəliləyişi ilə əlaqədar olduğunu bildiriblər.
Məlumat üçün bildirək ki, 2000-ci ilin əvvəllərində “İnternet Explorer” səyyahı şəbəkədə sözsüz lider idi və onun payı 95%-ə çatırdı. Lakin “Microsoft” şirkəti inhisarçılıqda ittiham etdikdən sonra vəziyyət dəyişdi.
Qeyd edək ki, bu gün “Net Applications” monitorinq şirkəti də iyun hesabatını dərc edib. Bu şirkətin məlumatına görə, “İnternet Explorer”in bazardakı payı 53,7%, “Firefox”un 21,7%, “Google Chrome”un 13,1% təşkil edib. “Apple Safari” və “Opera Software” səyyahlarının payları isə müvafiq olaraq 7,5% və 1,7% təşkil edib.



Baxış sayı: 1017

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024