12px13px15px17px
Tarix:15/02/12

Cenevrədə “IGF-2012” forumunun keçirilməsi müzakirə olunur

Azərbaycanın nümayəndə heyəti Cenevrədə 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə olunması üzrə Foruma (IGF) dair çoxtərəfli məşvərətçi qrupun görüşündə və açıq məsləhətləşmələrdə iştirak edir.

Tədbirlərdə ölkəmizi nazir müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Cenevrədəki görüş "IGF-2012"-nin planlaşdırılmasında mühüm rol oynayır və burada gələcək forumun struktur, proqram və mövzusu, eləcə də əsas sessiya və seminarları müzakirə olunur.

Cenevrədə Azərbaycan nümayəndə heyəti tərəfindən "IGF-2012"-nin keçirilməsi üzrə praktiki tədbirlərə həsr edilən təqdimatın olacağı da gözlənilir.

Qeyd edək ki, IGF 2005-ci ildə Tunisdə keçirilən ümumdünya informasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyəli görüşün ikinci mərhələsinin yekunları üzrə yaradılmışdır. İlk iclası 2006-cı ildə Afinada keçirilən tədbir internetin idarə olunması üzrə problemlərin müzakirəsinin yeni beynəlxalq modelidir.

Forumun əsas məqsədi ictimaiyyətin qlobal şəbəkənin cari və perspektiv inkişaf prosesləri barədə məlumatlandırılmasına imkan yaratmaq, internetin idarə olunmasının üsul və alətləri barədə müzakirələri stimullaşdırmaq, habelə ictimai inkişaf marağı baxımından ondan istifadənin müxtəlifliyini təqdim etməkdir.





Baxış sayı: 1214

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024