12px13px15px17px
Tarix:15/02/12

Yaponiyanın hibrid superkompyuteri işə salınıb

Appro” şirkəti Yaponiyada “HA-PACS” (Highly Accelerated Parallel Advanced system for Computational Sciences) layihəsi üzrə hazırlanmış  güclü “Xtreme-X” hesablama sisteminin işə salıb.
Superkompyuter Sukubi Universitetinin hesablama elmləri Mərkəzində quraşdırılıb.

Kompleksin pik sürəti 802 teraflopsa (1 saniyədə trilyon əməliyyat) çatır. Müqayisə üçün: “Top-500” reytinqində hazırkı lider “K Computer” sistemidir. O, “Fujitsu” korporasiyası və Yaponiyanın “RIKEN” İnstitutu tərəfindən hazırlanıb və 10,51 petaflops (1 saniyə ərzində kvadrillion əməliyyat) məhsuldarlığa malikdir.
“Xtreme-X” superkompyuterini müxtəlif elmi hesablamalar üçün istifadə etmək planlaşdırılır.






EMİL




Baxış sayı: 1416

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024