12px13px15px17px
Tarix:15/02/12

Planşetlər 3 il sonra satış həcminə görə kompyuterləri ötəcəklər

2011-ci ilin nəticəsinə görə, smartfonlar satış həcminə görə fərdi kompyuterləri ötdülər. Hazırda növbə planşetlərindir.

“BI Intelligence” analitiklərinin proqnozlarına görə, 2015-ci ilədək planşet qurğularının illik satış həcmi 500 milyonu ötəcək. Müqayisə üçün, il ərzində 360 milyon fərdi kompyuter satılır.
3 ildən sonra planşet bazarı 100 milyard dollar həddini ötəcək.

Mütəxəssislərin fikrincə, planşetlərin populyarlığı qiymətlərin düşməsi, həmçinin bu texnikanın korporativ sektora, maarifləndirici mühitə və inkişaf etməkdə olan bazarlara nüfuz etməsi fonunda artacaq.

“JP Morgan” analitiklərinin proqnozlarına görə, 2012-ci ildə planşet tədarükləri 2011-ci il ilə müqayisədə 55.2% arta bilər. Belə alınır ki, artıq gələn il 99,3 milyon planşet satıla bilər. 2013-cü ildə isə bu göstərici 132,6 milyona çata bilər.



EMİL




Baxış sayı: 1310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024