12px13px15px17px
Tarix:16/02/12

“HP” şirkəti “Isis” veb-səyyahının mənbə kodunu dərc edib

“HP” şirkəti “WebOS” platformasının tədricən açılması çərçivəsində “Isis” veb-səyyahının mənbə kodunu dərc edib.

Tərtibatçıların sözlərinə görə, veb-səyyah “HTML5” və ”CSS3”-ü, həmçinin “Flash” texnologiyanı dəstəkləyir. Bu halda “HP” şirkəti “Isis” veb-səyyahının funksionalını genişləndirməyə söz verib.

Məlumat üçün qeyd edim ki, “Hewlett-Packard” (HP) şirkəti yanvar ayında tərtibatçılar üçün “Enyo” və “Enyo2.0” alətlər dəsti çıxarıb. Onlar vasitəsi ilə “webOS” əlavələr yaratmaq olar. Mobil platforma isə 2012-ci ilin sentyabr ayında tamamilə açılacaq.
 
 





EMİL 
 
 




Baxış sayı: 1206

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024