12px13px15px17px
Tarix:16/02/12

Yeni doğulan körpələrə elektron sağlamlıq kartlarının verilməsi davam etdirilir

Yeni doğulmuş körpələrə elektron "sağlamlıq kartı" doğum evlərindən daxil olan informasiya əsasında verilir. Bu barədə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir. Sistem elə qurulub ki, hər hansı doğum evində uşaq dünyaya gələn kimi dərhal bu barədə məlumat qeydiyyata alınır. Yeni doğulmuş körpələr barədə məlumat elektron "sağlamlıq kartı"na daxil edilir.

Daha sonra uşaq doğum evindən çıxan kimi onun "sağlamlıq kartı" qeydiyyatda olduğu poliklinikaya göndərilir. Yeni doğulmuş körpələrə verilən kartda uşağın sağlamlığı barədə bütün tibbi məlumatlar yer alır.

Bu kart sisteminin tətbiqi uşaqların sağlamlığına nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə sağlamlıqları barədə məlumat bankının yaradılmasını təmin edir.Uşaq müayinəyə gətirilərkən ilk öncə e-kart sistemə daxil edilir və sonuncu müalicə, nəticələr orada görünür.

Qeyd edək ki, elektron sağlamlıq kartı layihəsi Azərbaycanın aparıcı İT şirkəti olan "BestcompGroup" şirkəti tərəfindən hazırlanıb.


 
RƏVAN




Baxış sayı: 5631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024