12px13px15px17px
Tarix:16/02/12

25 nəfərdən ibarət kosmik mütəxəssis heyəti Malayziyada xüsusi təlim keçəcək

"Azərkosmos" ASC-nin ölkəmizin ilk telekommunikasiya peykinin idarə edilməsini həyata keçirəcək 25 nəfərdən ibarət mütəxəssis heyəti yaxın günlərdə layihə üzrə əməkdaşlıq çərçivəsində Malayziyanın "MEASAT" şirkətində peykin idarə edilməsi və istismarı prosesinin daha dərindən mənimsənilməsi, professional təcrübə və vərdişlərə yiyələnmək məqsədilə Malayziyanın Kuala-Lumpur şəhərinə yola düşəcəklər. Bununla əlaqədar, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərkosmos" ASC-də Cəmiyyətin texniki mütəxəssis heyəti ilə görüş keçirmişdir.

Görüşdə "Azərkosmos" ASC-də görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verildi və Cəmiyyətin texniki mütəxəssis heyətinin hazırlanması və kadr potensialının inkişafına xüsusi diqqət yetirildiyi vurğulandı.

Qeyd olundu ki, hələ ötən ilin oktyabr-noyabr aylarında "Azərkosmos" ASC-nin əməkdaşları Malayziyanın "MEASAT" şirkətində və peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" korporasiyasında müvafiq treninq və ixtisasartırma kurslarında iştirak etmiş və  2012-ci ildə də intensiv təlim prosesi davam etdirilir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə kosmik sənayenin yaradılması, telekommunikasiya peyklərinin orbitə çıxarılması və Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanlarımızın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi və bu yönümdə gələcək perspektivlərdən danışdı.

Daha sonra, nazir "Azərkosmos" ASC-nin texniki mütəxəssis heyəti ilə səmimi söhbət apardı, işçilərin sosial vəziyyəti ilə maraqlanaraq qarşıdan gələn 5 il ərzində kosmik sənayenin inkişafı üzrə prioritet istiqamətləri vurğulayaraq peykin orbitə çıxarılması və istismarı kimi məsuliyyətli bir işdə "Azərkosmos" ASC-yə uğurlar arzuladı.

Öz növbəsində kosmik mütəxəssislər onlara göstərilən böyük dövlət qayğısına görə ölkə başçısına minnətdarlıq ifadə etmiş və onlara göstərilən bu etimadı layiqincə doğruldacaqlarına əminliklərini bildirmişlər.




Baxış sayı: 1805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024