12px13px15px17px
Tarix:17/02/12

«Elektron kitabxana» portalı yaradılıb

Bugünkü gün Azərbaycanın kitabxanaları daim bədii və ixtisaslaşdırılmış ədəbiyyatlarla artan geniş fonda malikdir.  Lakin vətəndaşlar lazımi nəşrin kitabxananın fondunda olub-olmadığı üçün  kitabxana seçimində tez-tez çətinliklərlə qarşılaşırlar.

Buna bənzər problemlərin aradan qaldırılması və vətəndaşların məlumat mənbələrinə maksimal şəkildə rahat daxil olması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi məlumat portalını yaratmaq qərarını qəbul etdi. Bu portal vasitəsilə lazımi nəşrlər barədə maksimal olaraq tam məlumatı qısa zamanda almaq mümkündür.  Layihə, onu uğurla həyata keçirən "ULTRA" şirkətinə həvalə edildi. 

«Elektron kitabxana» portalı – tələb olunan nəşr barədə tam məlumatı təqdim edən məlumat resursudur. Rahat naviqasiya və axtarış sistemi sayəsində sayt ziyarətçiləri bu və ya digər ədəbiyyatı əldə etmək üçün ən yaxın kitabxananın ünvanını dərhal öyrənə bilərlər.

Sistem portalın mərkəzləşdirilmiş idarəetmə paneli vasitəsilə idarə olunur. Bu panelə M.F.Axundov adına Milli kitabxananın kitabxana-məlumat sistemi ilə inteqrasiyanı həyata keçirən modul yerləşdirilib. Bununla yanaşı, sayt istifadəçiləri elektron kataloq, qeydiyyat, kitabların verilməsi, hesabat kimi funksiyalardan istifadə edə bilərlər.

 «Elektron kitabxana» sisteminə  avtonom rejimdə çalışa bilən ayrıca sistem olan «Lokal kitabxana» modulu yerləşdirilib ki, bu da  daha əvvəl kompyuterləşdirilməmiş kitabxananın portala qoşulmasına imkan verir.

 Ziyarətçilərə olan xidmətlərin sürətinin artırılması üçün portalda kitabların onlayn bron edilməsi sistemi tətbiq edilib. Qeydiyyatdan keçərək və bununla saytda öz şəxsi profilini yaradan istənilən şəxs lazımi nəşri «bron etmək» imkanını əldə edir, sonra oxucu kitabxanada lazımi kitabı əldə etmək üçün ona kod verilir.


Həmçinin qeyd etmək lazımdır ki, sistemə qoşulan hər bir yeni kitabxana üçün portal əlavə domen adı (sub-domen) və ayrıca sayt yaratmaq üçün vasitələr təqdim edir.  Bu vasitə ilə ayrıca götürülmüş kitabxananın elektron kataloquna daxil olmaq mümkün olur.

  RƏVAN

 




Baxış sayı: 1832

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024