12px13px15px17px
Tarix:17/02/12

Məlumat sistemində 1 milyon 320 min şagird haqqında informasiya toplanıb

Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemi (TİMS ) bazasında hazırda ümumilikdə respublika üzrə 1 milyon 320 min şagird haqqında məlumatlar yerləşdirilib. Bundan başqa, bazada təhsil müəssisələrində çalışan 210 minə yaxın kadr barəsində də məlumat toplanıb ki, bu məlumatlar da həm pedaqoji, həm də texniki heyəti əhatə edir.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə TİMS şöbəsinin müdiri İsmayıl Sadıqov məlumat verib. Şöbə müdiri bu sahədə beşillik təcrübəyə malik olduqlarını deyib: "Artıq 5-ci ildir ki, respublikanın bütün orta ümumtəhsil məktəblərinə aid məlumatlar təhsilin idarəolunmasının məlumat sistemində toplanılır və ilbəil yenilənir. Hazırda ötən ildən olan dəyişikliklərlə 2011-2012-ci tədris ili üçün yeni məlumat bazası toplanılıb. Bazaya birinci siniflər əlavə olunub,  məktəbi bitirənlərin siyahısı isə sistemdən çıxarılıb".



 
HƏQİQƏT





Baxış sayı: 1428

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024