12px13px15px17px
Tarix:17/02/12

Onlayn naviqatorunun mobil versiyası hazırlanır

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “GoMap.az” onlayn naviqatorunun mobil versiyasının hazırlanmasına start verilib. Ən yaxın zamanda bu proqram mobil telefon istifadəçilərinə təqdim olunacaq. İlkin planlara görə, mobil versiya “Eurovision” müsabiqəsinədək istifadəyə veriləcək.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən qeyd edilib ki, “GoMap.az” onlayn naviqatorunda obyektlərin sayı artıq 65 632-dir: ”Bununla “GoMap.az” Azərbaycanın ən ətraflı elektron xəritəsidir.

Yenilənmiş “GoMap.az” saytında obyektlərin sayının artırılması ilə yanaşı, bir sıra yeni funksionallar da əlavə edilib”. Belə ki, yeniliklər sırasında “Mənim obyektlərim” menyusundan hər bir istifadəçi xəritəyə öz obyektlərini daxil edib şəxsi xəritə yarada bilər və onu təqdim edilən keçid kodu(URL) vasitəsilə digər istifadəçilərlə bölüşə bilər.

Bu zaman həm də obyektlərə və ya ümumi xəritəyə istənilən  informasiya əlavə edilə bilər. Veb-sayt tərtib edən mütəxəssislər üçün yaradılmış, “Seçilmiş obyektlər”, menyusunun köməyi ilə, üzərində qeyd olunmuş (seçilmiş) obyektlər olan interaktiv xəritə fraqmentini başqa saytlarda yerləşdirmək olar.

Burada, həmçinin üzərində seçilmiş obyektlər olan, tam elektron xəritəyə keçid kodu (URL) da almaq olar: ”Bu, adətən, ayrı-ayrı yerlərdə yerləşmiş, bir neçə müəssisəsi olan şirkətlərə və ya mal dağıtım şirkətlərinə lazım olur.

Gələcəkdə həm də bu obyektlər arasında naviqasiya imkanlarının tətbiqi nəzərdə tutulub. İndi artıq saytla işləmə qaydalarını, istifadəçilərimiz, “Yardım” menyusunda, bunun üçün xüsusi yaradılmış videofaylların köməyi ilə öyrənə bilərlər. Mütəxəssislərimiz Azərbaycanın elektron xəritəsi ilə yanaşı, Gürcüstanın da elektron xəritəsini hazırlayırlar. Ən yaxın zamanda “GoMap.az” portalı Gürcüstanı da əhatə edəcək”.
 
HƏQİQƏT





Baxış sayı: 1433

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024