12px13px15px17px
Tarix:17/02/12

“Amazon” internet şirkəti planşetlərin tədarük həcminə görə ikinci olub

“iSuppli” şirkəti planşet kompyuterləri bazarındakı qüvvələr nisbətini  hesablayıb.
Analitiklərin hesablamalarına görə, oktyabrdan dekabr ayına kimi 27,1 milyon planşet satılıb.
“Apple” şirkəti rüb ərzində satılmış 15.4 milyon “iPad” planşeti və 57% bazar payı ilə ən iri planşet istehsalçısı olaraq qalır.

Keçən rüb “iSuppli” şirkətinin hesablamalarına görə, təxminən 3,9 milyon “Kindle Fire” qurğusu tədarük etmiş “Amazon” internet şirkəti ikinci yeri tutub. Onun bazar payı 14% təşkil edib.

“Samsung” şirkəti 2,1 milyon satılmış planşet və 8% bazar payı ilə üçlüyü tamamlayıb.
Dördüncü və beşinci yerləri müvafiq olaraq 1,9 milyon və 612 min qurğu tədarük etmiş “Barnes & Noble” və “ASUS” şirkətləri tutublar. Şirkətlərin bazar payı müvafiq olaraq, 7 və 2% təşkil edib.




EMİL




Baxış sayı: 1300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024