12px13px15px17px
Tarix:04/07/11

Türkmənistanda V beynəlxalq telekommunikasiya sərgisi keçiriləcək

14-16 sentyabr 2011-ci il tarixlərdə Aşqabadda (Türkmənistan) V Beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradio yayım avadanlıqları sərgisi keçiriləcək. Tədbirin təşkilatçıları Türkmənistanın Rabitə Nazirliyi ilə Ticarət və Sənaye Palatasıdır.
“Sərgi Köşgi” mərkəzində keçiriləcək tədbirdə elektronika və elektroenergetika, naqilsiz rabitə, telemetriya və ölçü cihazları avadanlıqları, informasiya texnologiyaları və s. sahələrdə əldə olunmuş son nailiyyətlər nümayiş etdiriləcək. Sərgi çərçivəsində, həmçinin “Türkmənistan və dünya informasiya-kommunikasiya sistemləri” mövzusunda beynəlxalq elmi konfrans da keçiriləcək. Tədbirdə Türkmənistan və bir çox xarici ölkələrin rabitə sistemləri sahəsi üzrə mütəxəssisləri, şirkət və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri iştirak edəcəklər. Sərgi-konfransda iştirak etmək üçün son müraciət tarixi 31 iyuladəkdir.



Baxış sayı: 1030

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024