12px13px15px17px
Tarix:18/02/12

Telefon abunəçilərinin İP TV-yə marağı daha da artacaq

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtda bütün multimedia xidmətləri kimi, İP TV xidmətini genişləndirməyi qarşıya məqsəd qoyub. Bu barədə “ictnews” elektron xəbər xidmətinə birlikdən verilən məlumatda bildirilir ki, bu məqsədlə İP TV üçün 680 port istifadəyə verilib. Bakıda kabel televiziyaları ilə rəqabətdə uduzmaq fikrində olmayan birlik iddiasında israrlıdır.

Geniş şəbəkəyə malik olması, digər tərəfdən də stansiyaların NGN texnologiyası ilə əvəzlənməsi birliyə əlavə imkanlar verir. Bundan başqa birlik bu xidmətə çıxış imkanlarını daha da sadələşdirməyi planlaşdırır. Bu, vətəndaşlara hər hansı kabel TV-yə çıxış qədər maraqlı olacaq.

 Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın və videoinformasiyanın translyasiyası kabel və peyk teleyayımı ilə müqayisədə bir sıra texniki üstünlüklərə malikdir. Dayanıqlı əks-əlaqə, abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır.

Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranına veb-səhifələr, elektron poçt, videokonfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir.
 
 


RƏVAN



Baxış sayı: 1450

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024