12px13px15px17px
Tarix:18/02/12

Regionlarda yeni korporativ üslubda poçt şöbələrinin tikintisi planlaşdırılır

"Azərpoçt"MMC regionlarda yeni korporativ üslubda poçt şöbələrinin tikintisini planlaşdırır. Bu məsələ bank və maliyyə xidmətlərinin göstərilməsindən sonra daha aktual olub.

Göygöl rayon Poçt filialının rəisi Müşfiq Ələkbərov "ictnews" elektron xəbər xidmətinə məlumat verərək bildirdi ki, poçt şöbələrinin bu xidmətləri göstərməsi üçün monitorinqlər aparılıb və yekun rəyə görə rayonun Topalhəsənli, Qızılca və Qırıxlı kəndlərində müasir üslubda poçt şöbə binalarının tikilməsi nəzərdə tutulub. Hazırda poçt filialının bütün poçt şöbələrində bank və maliyyə xidmətlərinin göstərilməsi təmin olunub.

 Bir qədər öncə "Azərpoçt"MMC-nin Təhlükəsizlik şöbəsinin rəisi "ictnews" elektron xəbər xidmətinə bildirmişdi ki, regionlarda bank və maliyyə xidmətləri göstərən poçt şöbələrinin təhlükəsizliyinin təmin edilməsi üçün siqnalizasiya sistemindən və dəmir barmaqlıqlardan istifadə edilməyə başlanılıb.

Hazırda bütün bank və maliyyə xidmətləri göstərən kənd poçt şöbələrində olduğu kimi, Göygöl rayonunun da uyğun poçt şöbələrində aidiyyəti təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edilən korporativ üslublu poçt şöbələri də dəmir barmaqlıqlar və siqnalizasiya sistemi, o cümlədən müasir avadanlıqlarla təchiz ediləcək.Məlumat üçün bildirək ki, hazırda "Azərpoçt"un 1550-dən çox poçt şöbəsi var.




Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020