12px13px15px17px
Tarix:18/02/12

Böyük Britaniyada atom üzrə alim məxfi informasiyanın olduğu fləş kartı itirib

Böyük Britaniyada atom üzrə alim ölkənin "Hartlpul" Atom Elektrik Stansiyası (AES) haqqında məxfi informasiyanın olduğu fləş kartı itirib. Bu barədə Britaniyanın "Sun" qəzeti məlumat verib.

Elektron daşıyıcıda atom stansiyasında aşkar edilmiş boşluqlar, vacib texniki xüsusiyyətlər və ərazinin xəritəsi haqqında məlumat var idi. Böyük Britaniyanın atom agentliyinin əməkdaşı olan alim fləş kartı Hindistanda keçirilmiş nüvə təhlükəsizliyi üzrə konfransda itirib.

Baş vermiş hadisə haqqında dərhal müvafiq nazirliyə məlumat verilib.Nüvə tənzimlənməsi üzrə idarəetmə agentliyi əməkdaşının cəzalandırıldığı bildirilib.

Bu hadisədə günahkar olan mütəxəssis Nüvə tənzimlənməsi üzrə idarəetmə agentliyində baş inspektor vəzifəsini tuturdu. "Nüvə tənzimlənməsi üzrə idarəetmə agentliyində təhlükəsizliklə bağlı təsnifata malik olan sənədlərin daşınması üçün kodlaşdırılmayan fləş kartdan istifadə edilməsinə icazə verilmir" - agentliyin mətbuat katibi bildirib.
 
"Hartlpul" AES-i Böyük Britaniyanın ən böyük atom stansiyalarından biridir. Stansiyanın sahibi Fransanın “EDF” firmasıdır.
Həm Nüvə tənzimlənməsi üzrə idarəetmə agentliyi, həm də “EDF” firması  rəsmən bildiriblər ki, fləş daşıyıcıda vacib informasiya olmayıb.
 
EMİL




Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024